İşçilərinin 264 min manatını mənimsəməkdə ittiham olunan baş redaktorun məhkəməsi başlayıb
Sosial 21 Noy 2017 11:02:03 244 0
Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
G.Hüseynov ittiham aktının sürətini almadığını, istintaq dövründə təziq altında imza atdığını bildirib: "Məhkəmədən saxlanıldığım təcridxanaya göndərilən bildirişi ayın 18-də almışam".
Daha sonra G.Hüseynovun imzaladığı protokol elan edilib.
Məhkəmə təqsirləndirilən şəxsə ittiham aktının sürətini təqdim edib.
Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək.
İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.