Vəkillər Kollegiyası bir vəkilin fəaliyyətini dayandırıb, digərinin barəsində olan intizam icratına xitam verib - YENİLƏNİB


Sosial 20 Noy 2017 18:47:00 290 0

Vəkillər Kollegiyası bir vəkilin fəaliyyətini dayandırıb, digərinin barəsində olan intizam icratına xitam verib - YENİLƏNİB

Yalçin İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək

Vəkillər Kollegiyası tanınmış vəkil Elçin Sadıqovun barəsində olan intizam icratına xitam verilib.

"Report"un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, şikayət təsdiqini tapmayıb.

Qeyd edək ki, E.Sadıqov barəsində Vəkillər Kollegiyasına şikayəti Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov edib.

*** 17:30

Vəkillər Kollegiyası tanınmış vəkil Yalçın İmanovun fəaliyyətini dayandırıb.

"Report"un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, ona vəkillik fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Qərara əsasən, Y.İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək və həmin vaxta qədər isə o, heç bir prosesə çıxa bilməz.

Qeyd edək ki, Y.İmanov barədə Vəkillər Kollegiyasına şikayəti Penitensiar Xidmətin rəhbərliyi edib.