Bakıda idmançı qızı avtomobillə vuran şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib


Sosial 20 Noy 2017 13:06:23 232 0

Bakıda idmançı qızı avtomobillə vuran şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ 90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu iti ilə keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktl bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.