Ağstafada yük maşını aşıb, xəsarət alan var


Sosial 19 Noy 2017 19:11:02 339 0

Ağstafada yük maşını aşıb, xəsarət alan var

Xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib

Bakı-Qazax yolunda yük maşını aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində baş verib. Belə  ki, "TIR" idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, Bakı şəhər Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Akif oğlu xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. M. Məmmədovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.