Rusiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb


Sosial 19 Noy 2017 12:18:59 367 0

Rusiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib

Rusiyanın Vladiqafqaz şəhərində keçirilən "Alans" beynəlxalq turnirinin ilk günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib.

Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Təmsilçimiz gümüş medalla kifayətlənib.

57 kq çəkidə yarışan Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.