Salyanda “Azəravtoyol”a məxsus avtomobil dəmir-beton dirəyə çırpılıb, ölən və yaralanan var


Sosial 19 Noy 2017 10:35:28 271 0

Salyanda “Azəravtoyol”a məxsus avtomobil dəmir-beton dirəyə çırpılıb, ölən və yaralanan var

Qəza Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.

“Azəravtoyol” ASC-yə məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.