Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupundadır


Sosial 19 Noy 2017 00:58:51 398 0

Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupundadır

Qrossmeyster turnirin sonuncu mərhələsində növbəti heç-heçəsini edib

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.

“Report” xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.

T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda ispan Fransisko Valyexo üzərində qələbə qazanıb.

Üç turdann sonra Rəcəbov, Svidler, Vaşye-Laqrav, Qiri və Aronyan hərəyə 2 xal toplayaraq liderlər qrupunda yer əlablar.