Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO


Sosial 18 Noy 2017 13:15:13 321 0

Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Faktla bağlı araşırma aparılır

Qobustan rayonunda yol qəzası baş verib 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili yoldan çıxaraq beton plitəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Göyçay rayon sakini Gülnar Məhəmməd qızı Mustafayeva, onun övladı, 2009-cu il təvəllüdlü Nihad Rəşad oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti kafidir.

Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşırma aparılır.