Mingəçevirdə zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub


Sosial 16 Noy 2017 11:19:10 289 0

Mingəçevirdə zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub

Zəlzələ zamanı bir nəfər hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən özünü atıb

 Mingəçevir şəhərində zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, baş verən zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirlimiş iş rejiminə keçib. Proses zəlzələ baş verən andan səhərə qədər davam edib. 

Belə ki, zəlzələdən sonra Təcili Tibbi Yardım maşınları ilə 20-dən çox yerli sakin xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilənlər əsasən həyacan və qorxudan şok keçirənlər olub. 

Zəlzələ zamanı şəhərin 20 yanvar küçəsi, 35 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Zeynəb Məmmədova həyacandan infarkt keçirib. Bir nəfər zəlzələ zamanı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən özünü atıb və ağır bədən xəsarətləri alıb. Zəlzələ zamanı şəhərin 20 yanvar küçəsi, 6 ünvanında yaşayan 15 yaşlı qızın ayaqları tutulub.

Xəstəxanaya çatdırlanlara ilkin tibbi yardım göstərilib.