Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Məhəmməd Yunusla görüşüblər
Siyasət 07 Dek 2025 13:05:00 87 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.
Bu xəbəri də oxu: Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş müvəqqəti hökumətinin Baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.
Görüşdə Prezident İlham Əliyevin ən səmimi salamları Baş müşavir M.Yunusa çatdırılıb. Onun sonuncu dəfə 2024-cü ilin noyabrında COP29-da iştirak daxil olmaqla, müxtəlif illərdə Azərbaycana çoxsaylı səfərlər etdiyi, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşdüyü və ölkəmizdə hər zaman xoş qarşılandığı vurğulanıb.
Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinə malik olduğu, müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat verilib.
Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin Banqladeşin müvafiq təşkilatları ilə birgə humanitar, sosial, gənclər və könüllülər, ətraf mühit və təbiətin mühafizəsi kimi sahələrdə əməkdaşlıqda, həmçinin birgə layihələr həyata keçirməkdə maraqlı olduğu qeyd edilib.
Baş müşavir Məhəmməd Yunus ölkəmizə çoxsaylı səfərləri zamanı Azərbaycan Prezidenti görüşlərini hər zaman məmnunluqla xatırladığını bildirib, öz növbəsində onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29 çərçivəsində Prezident İlham Əliyevlə görüşdə qeyd edildiyi kimi, iki ölkə arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib və praktiki fəaliyyətlərin həyata keçirilməsinin vacibliyinə toxunub.
M.Yunus Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etdiyinin şəxsən şahidi olduğunu deyib, Banqladeşlə əməkdaşlığın inkişafı və praktiki dəstək proqramlarının icrası üzrə göstərilən səylərə görə dərin təşəkkürünü bildirib. Son.az
"Şipşirin" kimi təqdim edilməkdən narahat deyiləm, pis deyil. Am
Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirz
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm s�
Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı
Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox,
ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını
Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobil
Müğənni Nicat Rəhimov "Şeron" qrupundan getməsindən danışıb.
Əsnəmək sadəcə yuxu əlaməti deyil, mürəkkəb bioloji prosesləri işə
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad gününə gedib-getm�
Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA), Ukraynanın Çernobil Nüvə Stansiy
Dünyaca tanınmış ABŞ pop ulduzu Keti Perri Kanadaın keçmiş Baş naziri
Yeni il yaxınlaşdıqca evlərdə, ofislərdə və ictimai yerlərdə yolkalar�
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
