İçilərinin 264 min manatını mənimsəməkdə ittiham olunan baş redaktorun məhkəməsi başlayır


Sosial 15 Noy 2017 15:52:02 270 0

İçilərinin 264 min manatını mənimsəməkdə ittiham olunan baş redaktorun məhkəməsi başlayır

Cinayət işinin hazırlıq iclası noyabrın 21-nə təyin edilib

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, o, dələduzluqda və rüşvət verməkdə ittiham olunur.

Belə ki, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Cinayət işinin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.