Bakıda gənc oğlan özünü bıçaqlayıb


Sosial 15 Noy 2017 01:47:24 269 0

Bakıda gənc oğlan özünü bıçaqlayıb

Həkimlər Pərviz Savalanovun vəziyyətini orta-ağır kimi qiymətləndirir

Bakıda gənc oğlan ailə münaqişəsi zəminində özünü bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonumda baş verib.

Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 1987-ci il təvəllüdlü Savalanov Pərviz Arzuman oğlu ailə münaqişəsi zəminində baş və qarın nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Yaxınları onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. 

Həkimlər P. Savalanovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.