Proqnozlar Bürosu: Növbəti iki gündə hava dəyişkən buludlu olacaq, çiskinli yağış yağacaq
Sosial 13 Noy 2017 11:17:58 328 0
Gülşad Məmmədova: “Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək”
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının 13-də və 14-də gecə və səhər ölkənin bəzi cənub-şərq rayonlarında, əsasən də Lənkəran-Astara zonasında çiskinli yağış yağacaq: "Bəzi rayonlardə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 15-19, dağlarda 7-12 dərəcə isti olacaq".
Mütəxəssis qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Yarımadanın bəzi yerlərində gecə və səhər saatlarında çiskinli yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-19 dərəcə arasında dəyişəcək".