Ağdaş sakini qonşusunu bıçaqlayıb


Sosial 13 Noy 2017 11:12:19 332 0

Ağdaş sakini qonşusunu bıçaqlayıb

Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda yerli sakin qonşusunu bıçaqlayıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Pirəyir kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Valeh Qüdrət oğlu Bayramov mübahisə və münaqişə zəmnində qonşusu tərəfindən bçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.