Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb


Sosial 12 Noy 2017 21:32:17 273 0

Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb

Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb

Şamaxı şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində iki piyadanı maşın vurub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.