Yasamalda 3 fərdi yaşayış evi yanıb, 1 nəfər xəsarət alıb
Sosial 10 Noy 2017 23:22:53 299 0
Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub
Bakının Yasamal rayonu ərazisində yanğın hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xıdır Mustafayev küçəsində yerləşən bir-birinə bitişik 3 fərdi yaşayış evində qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə qısa qapanma səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Yanğın nəticəsində 1 yeniyetmə xəsarət alıb. Ona hadisə yerində tibbi yardım göstərilib.
Mənbə: report.az