Maaşlar 9.5 faiz artdı, bəs pensiyalar nə qədər artırılacaq?
Digərləri 05 Dek 2025 11:52:00 58 0
Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb.
Bu xəbəri də oxu: "Ən bahalısı 1200 manatdır" Alıcı tapılmır
Son.az xəbər verir ki, neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir.
Deputat qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi "Əmək Pensiyaları" haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır:
"İlkin gözləntilərə əsasən, 2025-ci ildə orta aylıq əmək haqqının 9.2 faiz artacaq. Yəni, bu halda pensiyaların 9.2 faiz artacağı gözlənilir. Bununla belə, daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi olaraq elan olunacaq".
Nəzərə çatdırıb ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
"Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".
V.Bayramovun sözlərinə görə, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq:
"Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək".
Mina Mikayılova Son.az
Xəbər verdiyimiz kimi, Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında
FBI bütün Gmail, Outlook və digər elektron poçt istifadəçilərinə bayram
Əkin sahəsinin yandırılması ilə bağlı cərimələr və inzibati həbs qa
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqda
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs edil�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı
Azərbaycanda işçilərin işdən azad olunması ilə bağlı qaydalara dəyiş
Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş ver
Dekabr ayı astroloji baxımdan iki bürc üçün xüsusilə əlverişli olacaq.
Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapı
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
