Eskalatordakı hadisə ilə bağlı AAYDAdan açıqlama
Digərləri 05 Dek 2025 11:45:00 56 0
Xəbər verdiyimiz kimi, Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə bədbəxt hadisə baş verib.
Bu xəbəri də oxu: Mebel alqısatqısı adı altında 12 min manatlıq dələduzluq
Son.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb və xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar iddia edir ki, paytaxt ərazisində mövcud olan eskalatorların əksəriyyti ya işləmir, ya da belə problemlər meydana çıxır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Agentlikdən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxt ərazisində olan yeraltı, yerüstü piyada keçidlərindəki eskalatorlar mütəmadi olaraq yoxlanılır.
Qeyd olunub ki, orada xüsusi nəzarətçilər var ki, onlar hər gün eskalatorlar yoxlayırlar. Əgər hər hansı bir problem varsa, dərhal aidiyyəti üzrə məlumat verilir və qısa müddətdə aradan qaldırmaq istiqamətində addımlar atılır.
"Ötən gün baş verən hadisədə isə eskalatorda hər hansı bir qırılma, sınma hadisəsi qeydə alınmayıb. Orada yalnız hava şəraiti ilə əlaqədar olaraq sensor işə düşüb və sürahi, yəni tutacaq dayanıb. Bu an həmin tutacaqdan tutan vətəndaş müvazinətini itirərək digər vətəndaşlara dəyib. Nəticədə də belə bir xoşagəlməz hadisə baş verib. Amma eskalator işlək vəziyyətdədir. Sadəcə olaraq müvəqqəti olaraq fəaliyyəti hadisə ilə əlaqədar dayandırılıb. Eskalator pilləkən hissəsi tam işlək vəziyyətdədir".
Mina Mikayılova Son.az
FBI bütün Gmail, Outlook və digər elektron poçt istifadəçilərinə bayram
Əkin sahəsinin yandırılması ilə bağlı cərimələr və inzibati həbs qa
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqda
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs edil�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı
Azərbaycanda işçilərin işdən azad olunması ilə bağlı qaydalara dəyiş
Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş ver
Dekabr ayı astroloji baxımdan iki bürc üçün xüsusilə əlverişli olacaq.
Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapı
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqdan sonra ilk dəfə efird�
