Ceyrançöldə çobanlar arasında kütləvi dava düşüb, üç nəfər ağır xəsarət alıb


Sosial 10 Noy 2017 14:50:52 225 0

Ceyrançöldə çobanlar arasında kütləvi dava düşüb, üç nəfər ağır xəsarət alıb

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər

Ağstafa rayonunun Ceyrançol ərazisində çobanlar arasında kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.

Belə ki, ərazidə heyvanlarını otaran 6 çoban arasında otlaq sahəsi üstündə mübahisə yaranıb. 

Daha sonra əlbəyaxa olan çobanlar bir-birlərinə çomaq və küt alətlə zərbələr vurublar. Nəticədə 34 yaşlı Məmmədov Mahir Zakir oğlu və onun həmyaşıdı Paşayev Akif Fəxrəddin oğlu və onun 24 yaşlı qardaşı Asif ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Onları döyən çobanların üç qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.