Masallıda 53 yaşlı kişi özünü asaraq intihar edib


Sosial 10 Noy 2017 09:22:03 293 0

Masallıda 53 yaşlı kişi özünü asaraq intihar edib

Hadisə rayonun Xoşçobanlı kəndində baş verib

Masallı rayonunda intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Xoşçobanlı kəndində baş verib.

Kənd sakini, 1964-cu il təvəllüdlü Abbasov Abusət Abbas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsiylə cinayət işi başlanılıb, araşdıram aparılır.