Neftçilər prospektində orta yaşlı kişini maşın vurub


Sosial 09 Noy 2017 05:57:32 229 0

Neftçilər prospektində orta yaşlı kişini maşın vurub

Yaralının vəziyyəti ağırdır

Bakının Səbail rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Zuyev Ruslan Boruso oğlu Neftçilər prospektində yolu keçən zaman "Toyota Prado" markalı minik avtomobili tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.