Türkiyədə toxuculuq fabrikində partlayış olub, 3 nəfər ölüb, 8 nəfər yaralanıb


Sosial 08 Noy 2017 12:58:49 306 0

Türkiyədə toxuculuq fabrikində partlayış olub, 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib

Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda toxuculuq fabrikində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, fabrikin qazanxanasında qəza olub.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.