Prezident İlham Əliyev Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub - YENİLƏNİB


Sosial 06 Noy 2017 17:21:00 131 0

Prezident İlham Əliyev Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub - YENİLƏNİB

Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub

Bu gün metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.

Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına retro vaqonlar barədə məlumat verib.

Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.

Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb.

Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.

Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gəlib.

Qeyd edək ki, 2003-cü ildə Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra silsilə yeniliklər biri-birini əvəzlədi.

Retro vaqonlarla tanış olan Prezident İlham Əliyev 50 illik yubileyi münasibətilə Bakı Metropolitenin kollektivini təbrik edib, yeni-yeni uğurlar arzulayıb. 

*** 16:18

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da Bakı Metropoliteninin 50 illik yubileyı münasibətilə bərpa edilmiş retro vaqonlarla tanış olub.

“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Slaven Biliç istefaya göndərildi like
  • 06 Noy 17:19  
İdman Slaven Biliç istefaya göndərildi

İngiltərənin “West Ham” komandasının baş məşqç

arrow Ətraflı
Əfqanıstanlı nazirlər Azərbaycana gələcək like
  • 06 Noy 17:16  
Digərləri Əfqanıstanlı nazirlər Azərbaycana gələcək

Noyabrın 7-i Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi və rabitə v

arrow Ətraflı
Ankaranın yeni meri seçildi like
  • 06 Noy 17:14  
Dünya Ankaranın yeni meri seçildi

Türkiyənin paytaxtı Ankaranın yeni meri seçilib.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 06 Noy 17:11  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 6 noyabr tarixinə valyuta məzənnələrini açıq

arrow Ətraflı
İstədi vermədilər like
  • 06 Noy 17:10  
Dünya İstədi vermədilər

Türkiyənin Qaziantep rayonunda 24 yaşlı gənc qaçırdığı sevgilisinin

arrow Ətraflı
Noyabrın 7-nə manatın məzənnəsi like
  • 06 Noy 17:05  
Digərləri Noyabrın 7-nə manatın məzənnəsi

Noyabrın 7-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
"İkinci pərdə" filminin təqdimatı keçirilib like
  • 06 Noy 17:02  
Digərləri "İkinci pərdə" filminin təqdimatı keçirilib

Film dostu ilə ərinə xəyanət edən qadının ifşasından və bundan sonra

arrow Ətraflı
Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib like
  • 06 Noy 16:57  
Dünya Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib

Müxalifətdə olan Cümhuriyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Par

arrow Ətraflı
Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu  FOTO like
  • 06 Noy 16:57  
Kriminal Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu FOTO

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin dəfiləsi Azərbay

arrow Ətraflı
Maşın körpüyə çırpıldı: yaralananlar var  VİDEO  FOTO like
  • 06 Noy 16:53  
Digərləri Maşın körpüyə çırpıldı: yaralananlar var VİDEO FOTO

Qaxda minik avtomobili körpüyə çırpılıb, nəticədə iki nəfər xəsarə

arrow Ətraflı
Ankaranın yeni meri seçilib like
  • 06 Noy 16:53  
Digərləri Ankaranın yeni meri seçilib

Türkiyənin paytaxtı Ankaranın yeni meri seçilib

arrow Ətraflı
330-dan çox uşaq daimi dövlət təminatında yaşayır (FOTO) like
  • 06 Noy 16:52  
Digərləri 330-dan çox uşaq daimi dövlət təminatında yaşayır (FOTO)

“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiy

arrow Ətraflı