Pul verin başqasının "Whatsapp" yazışmalarını oxuyaq Bakıda qəribə xidmət FOTO


Digərləri 02 Dek 2025 10:52:00 70 0

Pul verin başqasının "Whatsapp" yazışmalarını oxuyaq  Bakıda qəribə xidmət  FOTO

Azərbaycanda "Whatsapp" yazışmalarının oxunması xidməti təqdim olunur.

Son.az xəbər verir ki, sosial şəbəkələrdə üçüncü şəxsin "Whatsapp" yazışmalarını izləməsi imkanı təklif edilir.

Elanda bildirilir ki, həmin adamın sadəcə mobil nömrəsi kifayət edir ki, 12 ay boyunca onun başqaları ilə yazışmasını izləyəsən.

Xidmətin qiyməti barədə məlumat qeyd olunmayıb.

Bəs "Whatsapp" mesajlarını üçüncü şəxs rahatlıqla oxuya bilər?

Whatsapp tətbiqi güclü şifrləmə sistemi ilə işləsə də istifadəçilər cihazlarına nəzarəti itirdikdə mesajların təhlükəsizliyi risk altına düşə bilər.

Texnobloqer Fərid Pərdəşünas açıqlamasında bildirib ki, normal "WhatsApp" işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Bəzi hallarda yazışmalar izlənilə bilər. Bu da kənar mənbələrdən "WhatsApp +", yaxud da "WhatsApp"ın alternativ versiyaları yükləndikdə mümkündür. Belə olduğu halda isə smartfondakı bütün məlumatlar üçün təhlükə yaranır.

Aparılan araşdırmalara görə əsas təhlükə tətbiqin şifrlənməsinin qırılması deyil. Risklər daha çox istifadəçinin cihazına və hesabına birbaşa girişlə bağlıdır. Telefonun kilidsiz vəziyyətdə qalması və ya başqa şəxsin cihazı ələ keçirməsi mesajların oxunmasına imkan yaradır.

Mütəxəssislər casus proqramların yaratdığı təhlükəyə də diqqət çəkir. Bu cür proqramlar zərərli tətbiqlər vasitəsilə quraşdırıla bilər və mesajlar cihazda açıldıqdan sonra onları görə bilər.

Digər mühüm məsələ WhatsApp Web xidmətidir. Əgər istifadəçi telefonunu nəzarətsiz qoyarsa başqa bir şəxs hesabı kompüterə qoşa bilər və bu zaman bütün yazışmalar həmin kompüterdən oxuna bilər.

İstifadəçilərə tətbiqin əlaqəli cihazlar bölməsini mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. Cihaza uyğun olduqda barmaq izi və ya üz tanıma ilə tətbiq kilidinin işə salınması da əlavə təhlükəsizlik yaradır.

Yəni, WhatsApp şifrləmə sistemi güclüdür və xarici müdaxilə ilə qırılması real deyil. Əsas təhlükə istifadəçinin öz cihazına nəzarəti itirdiyi hallarda yaranır.

Ümumilikdə isə başqasının yazışmalarını gizli oxumaq həm hüquqi, həm də etik məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Eyni zamanda, həmin maddədə bildirilmişdir ki, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Konstitusiyanın sözügedən maddəsində həmçinin yazışmaların toxunulmazlığına da münasibət bildirilərək, aşağıdakı normalar öz əksini etdirmişdir:

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, "Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma" cinayət məsuliyyətinə səbəb olur və min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

İsmayıl Son.az

Tanınmış rus reperə cinayət işi açıldı like
  • 02 Dek 10:40  
Şou-biznes Tanınmış rus reperə cinayət işi açıldı

Rusiyada "xarici agent" siyahısına daxil edilən məşhur reper Face

arrow Ətraflı
13 yaşlı qızın evdən meyiti tapıldı like
  • 02 Dek 10:36  
Digərləri 13 yaşlı qızın evdən meyiti tapıldı

Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.

arrow Ətraflı
Banklardan yeni dollar fırıldağı  diqqətli olun! like
  • 02 Dek 10:31  
Digərləri Banklardan yeni dollar fırıldağı diqqətli olun!

Son aylar üzərində möhür olan ABŞ valyutası qəbul edilmir və hər 100 d

arrow Ətraflı
"Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı  VİDEO like
  • 02 Dek 10:20  
Digərləri "Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı VİDEO

Bakıda "Əlimyandı" adı ilə avtomobil satan salonların birindən

arrow Ətraflı
Dövlət qurumu LƏĞV EDİLDİ  Vasif Talıbovun qərarı ilə yaradılmışdı like
  • 02 Dek 10:19  
Digərləri Dövlət qurumu LƏĞV EDİLDİ Vasif Talıbovun qərarı ilə yaradılmışdı

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

arrow Ətraflı
Metroda ölüm hadisəsi oldu like
  • 02 Dek 10:12  
Digərləri Metroda ölüm hadisəsi oldu

Bakı sakini metroda ölüb.

arrow Ətraflı
Ər idmançı arvadını məhkəməyə verdi: uzun illər DÖYÜLÜB like
  • 02 Dek 10:10  
Digərləri Ər idmançı arvadını məhkəməyə verdi: uzun illər DÖYÜLÜB

Ölkədə məişət zorakılığı ilə bağlı daha bir qalmaqallı hadisə gen

arrow Ətraflı
"Zelenski bu həftə istefa verməlidir"  Əmr gəldi like
  • 02 Dek 10:09  
Dünya "Zelenski bu həftə istefa verməlidir" Əmr gəldi

Rada Zelenskiyə bu həftə istefa verməyi əmr etdiyini açıqlayıb.

arrow Ətraflı
Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq like
  • 02 Dek 09:39  
Digərləri Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilər

arrow Ətraflı
Yumurtanı soyuducuda tərs saxlayın  Görün nə olacaq like
  • 02 Dek 09:38  
Digərləri Yumurtanı soyuducuda tərs saxlayın Görün nə olacaq

Yumurtanı soyuducuda saxlama forması onun təravətinə təsir edir.

arrow Ətraflı
İşıq olmayacaq  Təmir işləri başlayır like
  • 02 Dek 09:37  
Digərləri İşıq olmayacaq Təmir işləri başlayır

Bu gün Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin ver

arrow Ətraflı
Bakıda qəza  ölən və yaralananlar var like
  • 02 Dek 09:33  
Digərləri Bakıda qəza ölən və yaralananlar var

Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi

arrow Ətraflı
“Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ" like
  • 02 Dek 09:30  
Şou-biznes “Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ"

Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olarkən canlı yayıma

arrow Ətraflı
İsrail hökuməti üçün “tabu”n sonu: ultraortodokslar artıq orduya çağırılacaq like
  • 02 Dek 09:29  
Dünya İsrail hökuməti üçün “tabu”n sonu: ultraortodokslar artıq orduya çağırılacaq

2025-ci il noyabrın 19-da İsrail Ali Məhkəməsinin qəbul etdiyi qərar ölk

arrow Ətraflı