Banklardan yeni dollar fırıldağı diqqətli olun!
Digərləri 02 Dek 2025 10:31:00 54 0
Son aylar üzərində möhür olan ABŞ valyutası qəbul edilmir və hər 100 dollar üçün vətəndaşdan 20 faiz komissiya tutulur - iqtisadçılardan etiraz
Bu xəbəri də oxu: Kəlbəcərdəki yanğın davam edir VİDEO
Son günlər üzərində möhür olan ABŞ dolları banklar tərəfindən qəbul edilmir. Eyni zamanda yüksək komissiya tələb edilir. Bu da şikayətlərə səbəb olur. Bildirilir ki, bankların filial əməkdaşları üzərində möhür olan əsginası qəbul etməyərək müştərini mərkəzi filiala yönləndirirlər. Mərkəzi filialda isə hər 100 dollar üçün 20% komissiya tutulacağı bildirilir.
Vəziyyətlə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov mediaya açıqlamasında qeyd edib ki, dolları dəyişəndə bank hansısa komissiya tutursa, bank da həmin pulu kiməsə satmalıdır: "Ola bilər bankın özündən də heç kim o pulu almır. Buna görə də məcbur olur, çox saxlayır, yaxud ABŞ-yə göndərməlidir ki, dəyişsin. Bu da bank üçün əlavə xərcdir. Qanuni məhdudiyyət yoxdur, sadəcə, bank bildirmək istəyir ki, səndən möhürlü pul alıram, məndən heç kim o pulu almır, problem olur. Mən də səndən ucuz alıram ki, ehtiyac olsa, ABŞ-yə göndərim".
Son.az-ın məlumatına görə, iqtisadçı Eldəniz Əmirov "Yeni Müsavat"a bildirdi ki, saxta olmayan, dövriyyədən çıxarılmayan əsginasların qəbul edilməməsi, buna görə komissiya tələb olunması istehlakçı hüquqlarının pozulmasıdır: "Üzərində möhür olan ABŞ dolları saxta deyilsə, dövriyyədən çıxarılmayıbsa, banklar bunu necə qəbul etməyə bilər? Əgər əvəzində 20 faiz komissiya tələb edilirsə, deməli, praktik işlənən əsginasdır. Hazırkı vəziyyətin bilavasitə nə hüquqi, nə də iqtisadi əsası yoxdur. Bu, sadəcə olaraq, bankların bazarda yaranmış psixoloji məqamlardan istifadəyə etməyə çalışmasıdır. Əgər digər variant varsa, bununla bağlı müştəriyə konkret səbəb göstərilməlidir. Məsələn, bu əsginasların geridönüşü çoxdur, Azərbaycanda istifadəsi mümkün deyil, əvəzində hansısa ölkəyə göndərilməlidir, bu böyük xərc tələb edir, bu xərci qarşılamaq üçün böyük vəsait toplanmalıdır və s. Əgər hər hansı bu qəbildən olan problem yoxdursa, bankların belə davranışı yolverilməzdir. Hər bir bank müştərisi eyni zamanda istehlakçıdır. Bu baxımdan da istehlakçıların hüquqlarının pozulması müvafiq dövlət qurumlarının baxmalı olduğu məsələdir".
İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, əsginasların banklar tərəfindən qəbul edilməsi ilə bağlı məsələyə iki aspektdən baxmaq lazımdır. "Yeni Müsavat"a şərhində ekspert qeyd etdi ki, ən mühüm məqam əsginasın mənşəyidir: "Əgər söhbət Azərbaycan manatına münasibətdə olan əsginaslardan gedirsə, qanunvericilikdə əsginasların hansı hallarda yararsız hesab edilməsi ilə bağlı konkret tələblər müəyyən olunub. Yararsız hesab olunan əsginasların qəbul edilməməsi kommersiya banklarının öz səlahiyyətləri daxilindədir. Qismən zədələnmiş, amma yararlı hesab edilən və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən qəbul edilməyə uyğun əsginaslar kommersiya bankları tərəfindən qəbul edilir və Mərkəzi Bankda yenilənir. Bu, sadə bir prosesdir və bu prosesi təşkil etmək nisbətən asandır. Xarici valyutaya, xüsusilə ABŞ dollarına münasibətdə isə şərtlər daha mürəkkəbdir. Bir sıra hallarda tədavüldən çıxarılma prosesi ilə bağlı bir mexanizm formalaşır - banklar artıq tədavülünə icazə verilməyən, məsələn, üstünə hansısa möhür vurulmuş və ya zədələnmiş əsginasları toplamalıdırlar, öz vəsaitləri hesabına ABŞ-yə çatdırmalı və yenilənməsini təmin etməlidirlər. Bu isə uzunmüddətli prosesdir, pulun daşınması da kifayət qədər xərc tələb edir, üstəlik, komissiyalar ödənməlidir. Digər tərəfdən, bu vəsaitlərin toplanması banklar üçün zaman itkisidir. Əsginasın miqdarı elə olmalıdır ki, ABŞ-yə göndərilməsi və dəyişdirilməsi səmərəli olsun. Bu müddətdə həmin vəsait dövriyyədən kənarda qalır. Bank da pul işlədən bir institut olduğu üçün vəsaitin dövriyyədən kənarda qalması onun üçün itki deməkdir. Bu aspektdən müvafiq itkiləri nəzərə almaqla bəzi kommersiya bankları bu kateqoriyaya daxil olan əskinasların qəbul edilməsi ilə bağlı həm komissiyalar, həm daxili prosedurlar müəyyən edirlər".
"Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesabla
Bakıda "Əlimyandı" adı ilə avtomobil satan salonların birindən
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.
Ölkədə məişət zorakılığı ilə bağlı daha bir qalmaqallı hadisə gen
Rada Zelenskiyə bu həftə istefa verməyi əmr etdiyini açıqlayıb.
Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilər
Yumurtanı soyuducuda saxlama forması onun təravətinə təsir edir.
Bu gün Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin ver
Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olarkən canlı yayıma
2025-ci il noyabrın 19-da İsrail Ali Məhkəməsinin qəbul etdiyi qərar ölk
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Xəzər dənizində suyun çəkilməsi son vaxtlar cəmiyyətdə ciddi narahatl�
