Musa Tükənovun həbsinin təfərrüatı məlum olub - YENİLƏNİB


Sosial 01 Noy 2017 14:31:00 223 0

Musa Tükənovun həbsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Ona rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb

“Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovun həbs edilməsinin təfərrüatı məlum olub. 

"Report"un əldə etdiyi məlumata görə, 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə M.Tükənovdan şikayət edib.

Həmin şəxslər şikayətlərində bildiriblər ki, M.Tükənov onlardan pul alıb və geri qaytarmayıb. Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənov Bakı İstintaq Təcridxanasına köçürülüb.

*** 13:09

Bakı. 1 noyabr.