Şəki YUNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib


Sosial 01 Noy 2017 04:44:32 346 0

Şəki YUNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib

Şəhər "dekorativ-tətbiqi incəsənət və xalq sənəti" kateqoriyası üzrə qəbul edilib

YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə 44 dünya ölkəsinin 64 şəhəri qurumun "Yaradıcı şəhərlər şəbəkəsi" üzvlüyünə daxil edilib.

“Report” xəbər verir ki, siyahıda Azərbaycanın Şəki şəhərinin də adı var.

Şəki və Misirin Qahirə şəhəri "dekorativ-tətbiqi incəsənət və xalq sənəti" kateqoriyası üzrə siyahıya daxil edilib.

Yeni siyahıda Alba (İtaliya, qastronomiya), Almatı (Qazaxıstan, musiqi), Braziliya (Braziliya, dizayn), Bristol (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, kinematoqrafiya), Puçxon (Koreya Respublikası, ədəbiyyat), Dubay (BƏƏ, dizayn), Toronto (Kanada, media sənəti) kimi şəhərlər də yer alıb.

Qeyd olunur ki, YUNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" təşkilatın şəhərlərin əsas sabit və inklüziv inkişaf amilləri qismində innovasiya və kreativliyin inkişafına yardım göstərmək üçün həyata keçirilən səylərin ön hissəsində gedir. Şəbəkə yerli hakimiyyətlərin artan marağını cəlb edir.

Hazırda şəbəkədə ümumilikdə 72 ölkədən 180 şəhər var.