Əhməd Ağdamskinin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib FOTO
Kriminal 01 Dek 2025 15:10:00 45 0
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Əhməd Ağdamskinin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.
Bu xəbəri də oxu: Əyyub Quliyev drijor təyin olunub
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə təqdim olunan bu zəngin musiqi gecəsində ifaçıları peşəkar musiqiçi heyəti - Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Məhta Məhəmmədəlizadə (qanun), Rafael Əsgərov (balaban), Siyavuş Kərimov (nağara) və Xanış Binyətov (qoşa nağara) müşayiət edib.
Proqram dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri əsasında hazırlanmışdı. Tədbirdə Tofiq Şıxıyev və Məryəm Məmmədovanın müşayiəti ilə "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru, Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalovun ifasında isə "Şam səhnəsi" təqdim olunub. Həmçinin, Aydan Quliyeva və Əməkdar artist Tural Ağasıyevin ifasında "Arşın mal alan" operettasından duet, Günel Hacıyevanın təqdimatında "Aşıq oldum" mahnısı səsləndirilib.
Gecədə Xalq artisti Gülyaz Məmmədova "Şur təsnifi" və "Gülə-gülə", Aytən Məhərrəmova "Gözünə qurban", Afaq Ağayeva isə "Bayatı-Şiraz" muğamı ilə çıxış edərək tamaşaçıların böyük rəğbətini qazandılar. Xanəndələr Mütəllim Dəmirov "Humayun", Xəyal Hüseynov isə "Çahargah" təsniflərini ustalıqla ifa ediblər.
Gecənin sonunda xanəndələr Mütəllim Dəmirov və Xəyal Hüseynovun təqdimatında "Heyratı" zərbi-muğamı səsləndirilib və proqram alqışlarla yekunlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rə
Dekabrın 2-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya telefon zəng
Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.
Türkiyədə bir qadın dövlət xəstəxanasında MRT müayinəsi zamanı baş
Son günlər ərzində Gürcüstandan 44 nəfər əcnəbi deportasiya edilib.
Prodüser-aparıcı Tarix Əliyev məşhur müğənnilər Zabitə Əliyeva və
Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 119 ünvanında yerlə�
Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayand�
Xəbər verdiyimiz kimi, Türkiyənin Ticarət Nazirliyi restoran, kafe və dig�
Yasamalda 3 nəfərin həyatını itirdiyi yanğının baş verdiyi binada təmi
"Süni intellekt getdikcə qorxunc hal almağa başlayır".
ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı struktu
Azərbaycanlı Tiktok fenomeni Elnurə şəxsi həyatı ilə bağlı səsləndir
