Həkim pasienti yaddan çıxarıb 1 saat MRT aparatında saxladı
Digərləri 01 Dek 2025 14:45:00 63 0
Türkiyədə bir qadın dövlət xəstəxanasında MRT müayinəsi zamanı baş verən hadisə ilə bağlı təəssüratlarını bölüşüb.
Bu xəbəri də oxu: Qorxu evinə getdi Alnına 11 tikiş qoyuldu
Son.az-ın məlumatına görə, qadın bildirib ki, müayinənin baş tutacağı zaman həkimin köməkçisi ona "Yoxlama 10-15 dəqiqə çəkəcək, tərpənməyin" deyib. Lakin xeyli müddət keçməsinə baxmayaraq heç kim onun yanına gəlməyib.
Qadın yaşadıqlarını belə təsvir edib:
"Ürəyim sürətlə döyünməyə başladı, təlaşa düşdüm. Yumruqlarımla cihazın qapısına vurdum, amma səsimi yenə eşitmədilər. Əlim-ayağım titrəməyə başladı, ağladım. Sonra bir tərpənişlə sürünüb cihazın içindən çıxdım. Otağa baxanda heç kim yox idi. Saatıma baxanda gördüm ki, 1 saat 10 dəqiqə keçmişdi".
Hadisə qadının fiziki və mənəvi narahatlığı ilə yadda qalıb. Qadın bunun tibbi təhlükəsizlik və personalın diqqətsizliyi ilə bağlı ciddi problem olduğunu vurğulayıb.
Mütəxəssislər MRT müayinəsi zamanı personalın daima xəstəyə nəzarət etməsinin vacibliyini bildirirlər.
Hüseyn Son.az
Son günlər ərzində Gürcüstandan 44 nəfər əcnəbi deportasiya edilib.
Prodüser-aparıcı Tarix Əliyev məşhur müğənnilər Zabitə Əliyeva və
Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayand�
Xəbər verdiyimiz kimi, Türkiyənin Ticarət Nazirliyi restoran, kafe və dig�
Yasamalda 3 nəfərin həyatını itirdiyi yanğının baş verdiyi binada təmi
"Süni intellekt getdikcə qorxunc hal almağa başlayır".
ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı struktu
Azərbaycanlı Tiktok fenomeni Elnurə şəxsi həyatı ilə bağlı səsləndir
Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab-Məlikumudlu-Çallı-Salahlı
Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalının nişan məclisindən sonra y
2025-ci ilin noyabr ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 92 n�
"Protest TV" kanalının əməkdaşları Ramiz Mehdiyevə məxsus old
"Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi son onilliklərdə iql
Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valy
