Akif Çovdarovun əmlakı müsadirə olunub


Sosial 30 Okt 2017 17:52:07 260 0

Akif Çovdarovun əmlakı müsadirə olunub

Onun rütbəsi də əlindən alınır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə edilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qaldırdığı mülki iddiaya baxılıb.

Qərara əsasən, adları sadalanan şəxslərin 2,9 milyon manatlıq mülkləri müsadirə edilib.

Bundan başqa, A.Çovdarov və digərlərinin rütbələrinin əllərindən alınması barədə qərardad çıxarılıb. Qərardadda qeyd edilib ki, bununla bağlı müvafiq qurumlara təqdimat verilib. Həmin qurumlar sənədləri hazırlayıb, prezidentə göndərəcək.

Həmçinin cinayət işi üzrə maddi zərərəçəkmişlərin bəzilərinin mülki iddiaları təmin edilməyib.

"Vosmoy" bazarının dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edilib. "Karvansaray" və zərərçəkmiş Qədim Ədilov epizodları üzrə isə cinayət işinə xitam verilib.