Azərbaycana pirotexniki vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb


Sosial 30 Okt 2017 15:16:31 245 0

Azərbaycana pirotexniki vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının və ön qanadlarının içərisində, üzərində "Warning Explosive" yazısı olan 420 qutu pirotexniki vasitə - petarda və üzərində "Magical Shots" yazısı olan 420 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.