Biləsuvarda "Qazel" motosikletə çırpılıb, xəsarət alanlar var


Sosial 29 Okt 2017 22:44:36 329 1

Biləsuvarda "Qazel" motosikletə çırpılıb, xəsarət alanlar var

Hadisə zamanı 2 nəfər xəsarət alıb

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Qazel" markalı avtomobil odun daşıyan “Muravey” markalı motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletdə olan Biləsuvar şəhər sakinləri - 1984-cü il təvəllüdlü Həsənov Qurban Tarverdi oğlu və 1961-ci il təvəllüdlü Sarıyev Talıb Feyzi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.