Ağstafada 49 yaşlı qadını ilan sancıb


Sosial 26 Okt 2017 23:56:41 1020 0

Ağstafada 49 yaşlı qadını ilan sancıb

Qadının vəziyyəti orta-ağır olduğu bildirilir

Ağstafada ilansancma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Daş Salahlı kəndindən Ağstafa ərazisindəki Ceyran Çöl adlanan ərazidə heyvanlarını otarmaq üçün ailəsilə gələn Qazax sakini, 1968-ci il təvəllüdlü Gültəkin Alosman qızı Süleymanovanı heyvanları rahatlamaq üçün həyətə çıxan zaman ilan onun ayağından sancıb.

Qadın dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və ilan zəhəri əlehinə zərdab vurulub. Hazırda qadının vəziyyəti orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.