Gədəbəydə torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var


Sosial 25 Okt 2017 18:52:49 277 0

Gədəbəydə torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. 

Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zaman qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.