Şəkidə kəndlərə hücum edən canavarlar 18 baş qoyunu parçalayıb


Sosial 25 Okt 2017 11:47:19 268 0

Şəkidə kəndlərə hücum edən canavarlar 18 baş qoyunu parçalayıb

Hadisə bugün səhər saatlarında rayonun Çeşməli və Öryət kəndlərində baş verib

Şəkidə 2 kəndə hücum çəkən canavarlar 18 baş qoyunu parçalayıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün səhər saatlarında Şəkinin Çeşməli və Öryət kəndlərində baş verib.

Çeşməli kənd sakini Oruc Məmmədovun həyətinə girən canavarlar orada olan 10 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Eyni hadisə səhər saatlarında Öryət kəndində də qeydə alınıb. Bu kənddə isə 2 təsərrüfata girən canavarlar 8 baş qoyunu parçalayıb.

Şəki rayon Baytarlıq İdarəsinin əməkdaşları ərazilərə baxış keçirib.