Yevlaxda xurma daşıyan yük maşını yanıb, xəsarət alan var


Sosial 25 Okt 2017 06:07:24 325 0

Yevlaxda xurma daşıyan yük maşını yanıb, xəsarət alan var

Hadisə ilə bağlı araşdırma aparılır

Yevlax rayonunda yük maşınında baş vermiş yanğın zamanı sürücü xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 292-ci kilometrliyində, Yevlax şəhər ərazisində baş verib. 

Belə ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdi Mətləb oğlu Mirzəyevin idarə etdiyi "TIR" markalı yük maşınının kabinəsi hələ ki bilinməyən səbəbdən alışıb. Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarəti alıb. 

Olay yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub və yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.