Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb


Sosial 23 Okt 2017 17:57:03 196 0

Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

O, yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib

 Goranboy rayonunda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"-də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ğır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.