Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlanıb


Sosial 23 Okt 2017 01:06:47 305 0

Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlanıb

Hadisə metronun Neftçilər stansiyası yaxınlığında baş verib

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Ə.Miriyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.