"Bu günə qədər İradənin niyə çılpaq vəziyyətdə olduğu müəyyənləşdirilməyib" Bakıda müəmmalı qətl


Kriminal 27 Noy 2025 17:55:00 61 0

"Bu günə qədər İradənin niyə çılpaq vəziyyətdə olduğu müəyyənləşdirilməyib"  Bakıda müəmmalı qətl

Bu il avqustun 23-də iş adamı Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi Muradova İradə Oleq qızı xüsusi amansızlıqla qətlə yetirilib. Zərərçəkmiş şəxsin bacısı Rəna Muradova Oleqovna istintaqın obyektiv araşdırılmasını istəyir.

Son.az musavat.com-a istinadla bildirir ki, R.Muradova bacısı İradə Muradovanın 2025-ci il avqustun 23-də Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib.

"Emil Ağacanov "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və Port Baku-da yerləşən italyan brendi "YAMAMAY"ın sahibi və kifayət qədər maddi imkana malik olan şəxsdir. Bacım "YAMAMAY" mağazasının icraçı direktoru vəzifəsində çalışırdı. Bu səbəbdən Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bacımın öldürülməsi ilə bağlı istintaqın obyektiv aparılmasına kifayət qədər əsaslı şübhələrim var. Bacımı qətlə yetirən şəxsin əməlinə, o cümlədən hadisə yerinə gələn qatilin yaxın qohumlarının hərəkətinə düzgün hüquqi qiymət verilməyib. İstintaq tərəfindən verilmiş nəticələr hadisənin real şəraitinə uyğun gəlmir və etibarlı hesab oluna bilməz" - o deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona bədən xəsarətləri yetirib və sonda onu qışqırdığı üçün (bu, təqsirləndirilənin öz etirafında qeyd olunmuşdur) boğaraq qəsdən həyatdan məhrum edib:

"Buna baxmayaraq, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunub. Qanunvericiliyin tələblərinə əsasən istintaq hərtərəfli, tam və obyektiv aparılmalıdır, lakin praktikada istintaq formal şəkildə həyata keçirilir. İş üzrə təyin olunmuş ekspertiza rəyi hadisənin reallığı əks etdirmir".

Zərərçəkmiş deyib ki, yaxın qohumlarla birlikdə meyiti tanımaq üçün morqa gedəndə bacısının bədənində çoxsaylı xəsarətlər aşkar edilib:

"Baş nahiyəsində travma, burun sınığı, hər iki əlindəki bütün dırnaqlar qırılmışdı, bədənin müxtəlif hissələrində çoxsaylı hematomalar vardı, sağ əl biləyi təbii vəziyyətdə deyildi (öldürülən şəxs həyatını qorumaq üçün mübarizə aparmışdı). Bu qədər amansız döyülmədən sonra qatil bacımı boğaraq öldürmüşdür. Lakin sadalanan xəsarətlərin heç biri məhkəmə-tibbi ekspertiza aktında öz əksini tapmamışdır. Həmçinin bizə tanınma protokolu da təqdim edilməmişdir. Biz Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri doktor Cavidlə şəxsən görüşmüşük, lakin o, bizə aydın cavab verməyib".

O, müxtəlif instansiyalara müraciət etdiyini söyləyib:

"Yasamal rayon prokuroru Elman Süleymanova, Bakı şəhər Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini baş ədliyyə müşaviri Ramazan Xadiyevə, Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini ədliyyə müşaviri Rəşid Bayramova, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarova, həmçinin mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamallıyə müraciət etmişəm. Müraciətlərimdə qeyd etmişəm ki, istintaq Emil Ağacanovu məsuliyyətdən azad etmək məqsədilə onu guya anlaqsız hesab edən psixiatrik ekspertiza rəyi ilə əsaslandırmağa çalışır. Lakin müraciətlərimə lazımi reaksiya göstərilməyib. Cinayət hadisəsi zamanı təqsirləndirilən şəxs narkotik maddələrin təsiri altında olmuşdur - bu tibb işçiləri tərəfindən qeyd edilmişdir. Həmçinin mərhum bacım təqsirləndirilənin yaxın qohumu (bacısının həyat yoldaşı) Elnur Həbibova mesaj göndərərək Emil Ağacanovun narkotik maddə qəbul etdiyini bildirmişdir. Emil Ağacanov əvvəllər dəfələrlə narkoloji müalicə almış, professor-narkoloq Araz Əligüliyev tərəfindən müalicə olunurdu".

Hava ilə bağlı AÇIQLAMA  Bakı "dona" bilər like
  • 27 Noy 17:32  
Digərləri Hava ilə bağlı AÇIQLAMA Bakı "dona" bilər

Bildirilir ki, Bakının rayonlarında qış mövsümünə hazırlıq üzrə tə

arrow Ətraflı
Oğlunun toyunda geyindiyi açıqsaçıq libasdan DANIŞDI like
  • 27 Noy 17:15  
Şou-biznes Oğlunun toyunda geyindiyi açıqsaçıq libasdan DANIŞDI

Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın so

arrow Ətraflı
Rusiya Vasyukovkanı nəzarətə götürdü like
  • 27 Noy 17:10  
Digərləri Rusiya Vasyukovkanı nəzarətə götürdü

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində Vasyukovka yaşayış mə

arrow Ətraflı
Elgiz həmin şəxsi polisə verdi like
  • 27 Noy 17:00  
Şou-biznes Elgiz həmin şəxsi polisə verdi

Aparıcı Elgiz Əkbər ondan yardım istəyən bir vətəndaşın proqramı haq

arrow Ətraflı
2026 3 bürcün həyatını tam dəyişə bilər like
  • 27 Noy 16:55  
Digərləri 2026 3 bürcün həyatını tam dəyişə bilər

2026 bəzi bürclər üçün həyatın tamamilə yenidən yazıldığı dövr ol

arrow Ətraflı
İrandan gələn portağallar rənglənir?  RƏSMİ like
  • 27 Noy 16:48  
Digərləri İrandan gələn portağallar rənglənir? RƏSMİ

İran regionda genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən bi

arrow Ətraflı
Türk qoşunları Ukraynaya yerləşdiriləcək? like
  • 27 Noy 16:43  
Dünya Türk qoşunları Ukraynaya yerləşdiriləcək?

ABŞ prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planı ət

arrow Ətraflı
Məşhur aktrisaya ağır itki  FOTO like
  • 27 Noy 16:35  
Şou-biznes Məşhur aktrisaya ağır itki FOTO

"Yeşilçam"ın tanınmış aktrisası Aydan Şener atasını itirib.

arrow Ətraflı
Tələbələrə güzəştli kartlar nə vaxt veriləcək?  AÇIQLAMA like
  • 27 Noy 16:28  
Digərləri Tələbələrə güzəştli kartlar nə vaxt veriləcək? AÇIQLAMA

Bir çox ölkələrdə tələbələrə, təqaüdçülərə və şəhid-qazi ail�

arrow Ətraflı
Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı like
  • 27 Noy 16:22  
Digərləri Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şə

arrow Ətraflı
Tacir  Əminə qalmaqalı daha da "ALOVLANDI": "Gücün çatmaz" like
  • 27 Noy 16:21  
Şou-biznes Tacir Əminə qalmaqalı daha da "ALOVLANDI": "Gücün çatmaz"

Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal davam edi

arrow Ətraflı