Tanınmış klarnet ifaçısı Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunan gecə keçirilib FOTO
Kriminal 27 Noy 2025 17:49:00 77 0
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunan gecə keçirilib.
Bu xəbəri də oxu: Azərbaycan Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı tədbir keçirilib FOTO
Tədbirdə tanınmış ifaçılar çıxış edərək Əşrəf Əşrəfzadənin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Unudulmaz ifaçı haqqında filmdən kadlarla başlayan gecədə ilk olaraq Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə çıxış edib, BMM-də instrumetal ifaçılıqla bağlı keçirilən layihələrin əhəmiyyətindən söz açıb.
Bildirib ki, klarnet ifaçılığı sənəti musiqimizin zəngin çalarlarını özündə əks etdirir. Bu aləti xalqa sevdirən sənətkarlardan biri də Əşrəf Əşrəfzadədir. Nəfəs alətləri ifaçılığında Əşfər Əşrəfzadənin öz dəst-xətti olub. Bir şəxsiyyət və ifaçı kimi onun adı bu gün də dərin ehtiramla yad edilir.
Gecədə çıxış edən Əməkdar incəsənət xadimləri Arif Əsədullayev, Çingiz Abbasov, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, Əməkdar artist Zakir Mirzəyev, Qarabağ Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev, etnoqraf alim Təvəkkül Səlimov və Əşrəf Əşrəfzadə ilə birlikdə çalışmış nağara ifaçısı Rafiq Qurbanov sənətkarla bağlı xatirələrini bölüşüblər. Ailə üzvləri adından Altay Mansurov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Gecədə Azərbaycanın Əməkdar, Dağıstanın Xalq artisti Şərbət Rzaquliyev, Əməkdar artist Akif Qürbətov, tanınmış ifaçılar Qulammirzə Mirzəyev, Aydın Əliyev, Hakim Abdullayev, Dilavər Məmmədov, Yengibar Abdurəhmanov, Şəmsi Məmmədov, İslam Əliyev, Hüseyn Məhəmmədoğlu və Seymur Kərimov çıxış edərək milli rəqslər və Əşrəf Əşrəfzadənin repertuarından bu gün də məşhur olan kompozisiyaları səsləndiriblər. İfaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının İnstrumental ansamblı müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-
Bildirilir ki, Bakının rayonlarında qış mövsümünə hazırlıq üzrə tə
Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın so
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində Vasyukovka yaşayış mə
Aparıcı Elgiz Əkbər ondan yardım istəyən bir vətəndaşın proqramı haq
2026 bəzi bürclər üçün həyatın tamamilə yenidən yazıldığı dövr ol
İran regionda genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən bi
ABŞ prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planı ət
"Yeşilçam"ın tanınmış aktrisası Aydan Şener atasını itirib.
Bir çox ölkələrdə tələbələrə, təqaüdçülərə və şəhid-qazi ail�
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şə
Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal davam edi
"2026-cı ildə keçiriləcək parlament seçkilərində "Vətəndaş
