Bakıda evdən pul və qızıl əşyalar oğurlayan keçmiş məhkum tutulub


Sosial 21 Okt 2017 12:13:34 291 0

Bakıda evdən pul və qızıl əşyalar oğurlayan keçmiş məhkum tutulub

Əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşları keçiriblər

Bakıda evdən pul və qızıl əşyalar oğurlayan keçmiş məhkum tutulub.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki evlərdən birindən 1800 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Şirinov tutulub.