Bakıda yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən döyülüb


Sosial 21 Okt 2017 04:21:09 272 0

Bakıda yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən döyülüb

Yaralı bədən və üz nahiyələrindən sınıq xəsarətləri alıb

Bakının Qaradağ rayonunda yeniyetmə döyülərək xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, 2004-cü il təvəllüdlü Cavadzadə Orxan Telman oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı o döyülüb. Yaralı bədən və üz nahiyələrindən aldığı sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.