Gələn ilin dövlət büdcəsində səhiyyə sahəsinə 740 milyon manat vəsait ayrılıb


Sosial 20 Okt 2017 13:37:26 278 0

Gələn ilin dövlət büdcəsində səhiyyə sahəsinə 740 milyon manat vəsait ayrılıb

Səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 348,7 milyon manatı xəstəxanaların saxlanmasına xərclənəcək

2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb. 

“Report” xəbər verir, bu, Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. 

Səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə, 11,7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.