Budun forması sağlamlıq problemlərini göstərirmiş
Digərləri 27 Noy 2025 02:02:00 76 0
Bud əzələsinin forması yaşlanma, fiziki passivlik, xroniki xəstəliklər və hətta ikinci tip diabet barədə məlumat verə bilər.
Bu xəbəri də oxu: Rusiya hərbçi Zelenskini həbs etdi
Son.az xəbər verir ki, bu qənaətə alimlər gəlib.
Budun formasının dərin metabolik dəyişiklikləri əks etdirdiyinə dair tədqiqat "Radiological Society of North America" (RSNA) tərəfindən təqdim olunub.
Tədqiqatın rəhbəri Vestminster Universitetinin metabolik vizualizasiya üzrə professoru Luiz Tomas bildirir ki, böyük bud əzələsi insan bədənində ən iri əzələlərdən biridir və metabolik sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Alimlər 3D-MR görüntüləmə texnologiyasından istifadə edərək əzələdəki dəqiq dəyişiklikləri müəyyən ediblər.
Analiz 61 290 MR görüntülərini, iştirakçıların fiziki vəziyyətini, həyat tərzini və tibbi məlumatlarını əhatə edib. Nəticələr göstərib ki, fiziki aktivlik və əzələ gücü əzələnin formalaşmasını qoruyur, yaşlanma, hərəkət məhdudiyyəti və uzun müddət oturma isə əzələnin nazikləşməsinə səbəb olur. Diabetli kişilərdə əzələ toxuması azalarkən, qadınlarda yağ infiltrasiyası ilə birlikdə həcmi artıb. Bu, kişilərlə qadınların eyni xəstəliklərə fərqli bioloji reaksiyalar verdiyini göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, böyük bud əzələsinin forması metabolik pozğunluqların və funksionallıq itkisinin erkən göstəricisi ola bilər, xüsusilə də ikinci tip diabetdə və insulinə həssaslığın azalması ilə bağlı vəziyyətlərdə...
İsmayıl Son.az
Aparıcı Könül Muxtarova bəzi həmkarlarından danışıb.
"Mənim səhifəm 4 ildir var. Tanıyan tanıyır məni. İstədiyin narkot
ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Ev yaxınlığında silahlı hücum törəd
Qvineya-Bisauda çevrilişlə hakimiyyəti ələ keçirən ordu, ölkənin ali i
Hamamda ən çox rast gəlinən problemlərdən biri duş kabininin şüşələr
Goranboyda qəzalı vəziyyətdə olan daha bir yaşayış binasının sakinlər
Son.az 27 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Əməkdar artist Elnur Kərimovun illərdir davam edən "Günə davam"
Divarlarda əmələ gələn kif həm pis qoxuya, həm də tənəffüs yolu probl
"Zəngəzur dəhlizi üzrə işlər 2030-cu ilə qədər başa çatacaq&quo
Çinin xüsusi inzibati bölgəsi olan Honq Konqda təxminən 4 min nəfərin ya
Kaan Tangözenin Kahramanmaraş Universitetində verdiyi konsertdə "Balta
Dünyanın ən yüksək rifah səviyyəsinə malik ölkələrindən biri olan İ
Ağciyər xərçəngi riskinin formalaşmasında qidalanma daha böyük rol oyna
