Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub FOTO


Kriminal 25 Noy 2025 23:04:00 73 0

Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub  FOTO

Beynəlxalq Muğam Mərkəzində I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub. Tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi, tarzən Sahib Paşazadə konsertin əhəmiyyəti barədə danışıb. Direktor simpoziumun əhəmiyyəti və milli alətimiz olan balabanın təbliğində özünəməxsus üslubunu qoruyub inkişaf etdirən Kalvalı Əli Dədə adı ilə tanınan Əli Kərimovun irsinin yaşadılmasını təqdirəlayiq hesab edib. Əməkdar artist qeyd edib ki, Kalvalı Əli Dədə yaradıcılığına nəzər salmaq Azərbaycan musiqi irsinə verilən dəyərin bariz nümunəsidir. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə vurğulayıb ki, Türk dünyasının ənənəvi musiqisi və milli kimlik məsələləri bir-biri ilə sıx bağlıdır. "Türk dünyasının musiqi irsi həddindən artıq zəngindir. Türk xalqlarının tarixi salnaməsində qəhrəmanlıq ruhu, zəngin yaradıcılıq ənənəsi var. Bu tədbirlər sayəsində biz həm də türk dünyasının geniş və zəngin musiqi mədəniyyətini daha dərindən öyrənmiş oluruq", - deyə K.Dadaşzadə əlavə edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevin sözlərinə görə, Türk dünyasının musiqi irsindəki ortaq dəyərlərin elmi müstəvidə araşdırılması son dərəcə vacibdir. O diqqətə çatdırıb ki, tədbir həm də Kalvalı Əli Dədənin yaratdığı musiqi məktəbini xatırlamaq və sənət irsini dəyərləndirmək üçün gözəl fürsətdir. Daha sonra konsert proqramı təqdim olunub. Proqramda türk xalqlarının nümayəndələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

"Çox gənc idim, kobud söz qəlbimi dərindən yaralayırdı" like
  • 25 Noy 22:53  
Şou-biznes "Çox gənc idim, kobud söz qəlbimi dərindən yaralayırdı"

Aktrisa Ülviyyə Xəlilbəyli görünüşü ilə bağlı onu tənqid edənlər�

arrow Ətraflı
Bakıda bu müəssisə bağlandı like
  • 25 Noy 21:38  
Digərləri Bakıda bu müəssisə bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri,

arrow Ətraflı
Şəmkirdə qardaş bacısını bıçaqladı like
  • 25 Noy 21:36  
Kriminal Şəmkirdə qardaş bacısını bıçaqladı

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda taksi sürücüsü təhlükə saçdı: Ətrafdakı maşınları əzdi like
  • 25 Noy 21:17  
Digərləri Bakıda taksi sürücüsü təhlükə saçdı: Ətrafdakı maşınları əzdi

Bakıda taksi sürücüsü ictimai asayişi nümayişkaranə şəkildə pozaraq

arrow Ətraflı
Türkiyədə gündəm olan ailənin ölüm səbəbi bəlli oldu like
  • 25 Noy 21:03  
Digərləri Türkiyədə gündəm olan ailənin ölüm səbəbi bəlli oldu

İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ek

arrow Ətraflı
Oğuzda ağır qəza  ölən və yaralananlar var like
  • 25 Noy 20:59  
Digərləri Oğuzda ağır qəza ölən və yaralananlar var

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Ən zərərli kolbasa növləri  Həkimlərdən ciddi xəbərdarlıq like
  • 25 Noy 20:55  
Digərləri Ən zərərli kolbasa növləri Həkimlərdən ciddi xəbərdarlıq

Həkimlərin fikrincə, tam təhlükəsiz kolbasa növü yoxdur. Lakin bəzi nö

arrow Ətraflı
Azər Allahverənova yeni səlahiyyət verildi like
  • 25 Noy 20:45  
Digərləri Azər Allahverənova yeni səlahiyyət verildi

Azər Allahverənov Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasını

arrow Ətraflı
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı like
  • 25 Noy 20:43  
Digərləri Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı

2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin

arrow Ətraflı
Sərdar keçmiş arvadından ağılasığmaz hərəkətlə intiqam alıbmış... like
  • 25 Noy 20:26  
Şou-biznes Sərdar keçmiş arvadından ağılasığmaz hərəkətlə intiqam alıbmış...

Müğənni Serdar Ortaç ilə irlandiyalı keçmiş həyat yoldaşı Xloye Luqna

arrow Ətraflı
Restoran və şadlıq evlərinə like
  • 25 Noy 20:14  
Digərləri Restoran və şadlıq evlərinə

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümləd�

arrow Ətraflı
TƏBİB tabeli tibb müəssisələrində stomatoloqların ixtisarına aydınlıq gətirdi like
  • 25 Noy 20:03  
Digərləri TƏBİB tabeli tibb müəssisələrində stomatoloqların ixtisarına aydınlıq gətirdi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tərəfin

arrow Ətraflı
Bu kənddə qonaqlara ayı əti yedirirlər like
  • 25 Noy 20:00  
Dünya Bu kənddə qonaqlara ayı əti yedirirlər

Yaponiyanın şimalındakı Aomori kəndində vəhşi ayı əti turistlərə t�

arrow Ətraflı
Xalq artistinin "WhatsApp" statusunu ələ saldılar like
  • 25 Noy 19:46  
Şou-biznes Xalq artistinin "WhatsApp" statusunu ələ saldılar

Xalq artisti Bilal Əliyevin "WhatsApp" statusu ələ salınıb.

arrow Ətraflı