Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
Digərləri 25 Noy 2025 20:43:00 68 0
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirilib. Qeyd olunub ki, burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir.
Bu xəbəri də oxu: Ölü tapılan hərbçinin cəsədində işgəncə izləri aşkarlandı İddia
Son.az-ın xəbərinə görə qərara alınıb ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə oluna bilər. Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. Bu, son vaxtlar Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının elan edilməsi bütün üzv ölkələrin təmsilçiləri tərəfindən alqışlarla qarşılanıb. Son.az
Müğənni Serdar Ortaç ilə irlandiyalı keçmiş həyat yoldaşı Xloye Luqna
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümləd�
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tərəfin
Yaponiyanın şimalındakı Aomori kəndində vəhşi ayı əti turistlərə t�
Xalq artisti Bilal Əliyevin "WhatsApp" statusu ələ salınıb.
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salam
"Sabah hansısa qəzalı bina uçsa, heç kim məsuliyyəti öz üzərinə
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki vəfat edib.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində s
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Dünya üzrə noyabrın 25-i Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübar
Türkiyədə keçirilən rəsmi bələdiyyə iclası zamanı maraqlı anlar yaş
Yaponiyanın Kumamoto və Oitada prefekturalarında 5,8 maqnitudalı zəlzələ
