Məişət zorakılığı üzrə ən çox müraciət bu rayonlardan gəlib


Digərləri 25 Noy 2025 17:46:00 72 0

Məişət zorakılığı üzrə ən çox müraciət bu rayonlardan gəlib

Dünya üzrə noyabrın 25-i Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Azərbaycanda da bu gün qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkmişlərin qorunması və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə tədbirlər keçirilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların məişəa zorakılığı ilə bağlı müraciətlərini qəbul edir, zərərçəkmişlər üçün sığınacaqlar və dəstək mexanizmləri fəaliyyət göstərir.

Bəs, zorakılıqla bağlı ölkəmizdə statistika necədir və mübarizə məqsədi ilə hansı tədbirlər həyata keçirilir?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş mütəxəssisi Rahil Süleymanzadə açıqlamasında bildirib ki, hər il məişət zorakılığı ilə bağlı təxminən 600-ə yaxın müraciət daxil olur.

"Komitə tərəfindən müraciətlərə baxılır, daxil olan hər bir müraciət nəzarətə götürülür və müraciət edənlərə dəstək olmaq üçün dövlət orqanları arasında əlaqələndirmə tədbirləri həyata keçirilir.

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 10 ayı ərzində 474 müraciət daxil olub. Ən çox müraciət Oktyabr ayında qeydə alınıb. Belə ki, ötən ay məişət zorakılığı ilə bağlı Komitəyə 72 müraciət daxil olub. Bu müraciətlərin 459-u qadınlar tərəfindən edilib.

Ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən olub", - o əlavə edib.

Komitə rəsmisi bildirib ki, məişət zorakılığı ilə mübarizə məqsədilə 2025-ci ildə bir sıra layihələr hazırlanıb:

"2024-2025-ci illər ərzində Məişət zorakılığı haqqında Qanunun təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. 2025-ci ildə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni layihələr də hazırlanıb. Zərəçəkmiş şəxslərə uzunmüddətli mühafizə orderi verilməsi ilə əlaqədar onların dövlət rüsumundan azad olunması, eyni zamanda, mühafizə orderlərinin Daxili İşlər Nazirliyi tərəfindən də verilməsi, məişət zorakılığı faktlarının kriminallaşdırılması ilə bağlı yeni layihələrin hazırlanaraq aidiyyəti qurumlara göndərilməsi həyata keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 2025-ci ilin 10 ayı ərzində 474 müraciətin 134-ü psixi, 302-si fiziki, 28-i iqtisadi, 10-u isə cinsi zorakılıqla bağlı olub.

Məişət zorakılığının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, zərərçəkmiş qadınların sığınacaqlara yerləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi və zorakılıq törədən şəxslərlə tərbiyələndirici-qabaqlayıcı tədbirlərin görülməsi məsələləri də gündəmdədir".


Xəbərə aid fotolar

Pişik bələdiyyə sədrinin başına "oyun açdı" like
  • 25 Noy 17:42  
Digərləri Pişik bələdiyyə sədrinin başına "oyun açdı"

Türkiyədə keçirilən rəsmi bələdiyyə iclası zamanı maraqlı anlar yaş

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ oldu like
  • 25 Noy 17:34  
Dünya Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Kumamoto və Oitada prefekturalarında 5,8 maqnitudalı zəlzələ

arrow Ətraflı
Dünyanın ən bahalı avtomobili satıldı  FOTO like
  • 25 Noy 17:30  
Digərləri Dünyanın ən bahalı avtomobili satıldı FOTO

"Gordon Murray Special Vehicles" atelyesinin istehsalını planlaşdı

arrow Ətraflı
DİN məlumat yaydı  7 rayonun sakinləri noyabrın sonunadək... like
  • 25 Noy 17:28  
Digərləri DİN məlumat yaydı 7 rayonun sakinləri noyabrın sonunadək...

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçir�

arrow Ətraflı
Canavar hücumları sakinləri təşvişə saldı like
  • 25 Noy 17:25  
Digərləri Canavar hücumları sakinləri təşvişə saldı

Kürdəmirdə canavarların xırdabuynuzlu heyvanlara hücumu kənd sakinlərini

arrow Ətraflı
Çindən maşın gətirmək adı ilə 60 min manatı götürüb yoxa çıxdı  FOTO like
  • 25 Noy 17:20  
Digərləri Çindən maşın gətirmək adı ilə 60 min manatı götürüb yoxa çıxdı FOTO

Xaricdən avtomobil almaq istəyən üç qardaşın 60 min manatı ələ keçiri

arrow Ətraflı
Türkiyədə məhkəmə binasında partlayış   Çox sayda yaralı var  VİDEO like
  • 25 Noy 17:16  
Digərləri Türkiyədə məhkəmə binasında partlayış Çox sayda yaralı var VİDEO

Şanlıurfanın Haliliye rayonunda ədliyyə binasının zirzəmisində partlay

arrow Ətraflı
Yol polisi idarəsinin paylaşdığı video müzakirələrə səbəb oldu  "Problem yoldadır"  VİDEO like
  • 25 Noy 17:11  
Digərləri Yol polisi idarəsinin paylaşdığı video müzakirələrə səbəb oldu "Problem yoldadır" VİDEO

Dövlət yol polisi idarəsinin paylaşdığı video müzakirələrə səbəb ol

arrow Ətraflı
"Bacımın ölümünü qızından gizlətdik" like
  • 25 Noy 17:10  
Şou-biznes "Bacımın ölümünü qızından gizlətdik"

Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı "Elgizlə izlə&quo

arrow Ətraflı
Moskvada 16 yaşlı azərbaycanlı 3 nəfəri bıçaqlayıb? like
  • 25 Noy 17:04  
Digərləri Moskvada 16 yaşlı azərbaycanlı 3 nəfəri bıçaqlayıb?

Moskvada 16 yaşlı azərbaycanlı yeniyetmə saxlanılıb. Hadisə noyabrın 23

arrow Ətraflı
Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi like
  • 25 Noy 17:02  
Digərləri Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

Ali Məhkəmədə dələduzluqda və vəzifə cinayətlarında ittiham edilərə

arrow Ətraflı
Bakı metropolitenində növbəti YENİLİK like
  • 25 Noy 16:55  
Digərləri Bakı metropolitenində növbəti YENİLİK

"Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması v

arrow Ətraflı
Direktor bəraət alaraq azadlığa çıxdı  Evi özünə qaytarıldı like
  • 25 Noy 16:51  
Digərləri Direktor bəraət alaraq azadlığa çıxdı Evi özünə qaytarıldı

Külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbsə məhkum edilə

arrow Ətraflı
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutuldu like
  • 25 Noy 16:47  
Digərləri Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutuldu

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə saxla

arrow Ətraflı
Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı  Aylığı 550 manat  FOTO like
  • 25 Noy 16:46  
Digərləri Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı Aylığı 550 manat FOTO

2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsin�

arrow Ətraflı