Kamaləddin Qafarov: “Kəlbəcər yenidən inşa olunur”


Digərləri 25 Noy 2025 10:55:00 67 0

Kamaləddin Qafarov: “Kəlbəcər yenidən inşa olunur”

"Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və eyni zamanda xalqın tarix yaddaşının mühüm sütunlarından biridir. Bu diyarın hər qayası, hər vadisi min illərin səsini yaşadır". Bu sözləri 25 noyabr - Kəlbəcər Şəhəri Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, "Kəlbəcər" adının özü belə keçmişimizin dərin qatlarından gəlir. "Çay üstündə qala" mənasını verən bu toponim bölgənin həm coğrafi mövqeyini, həm də strateji əhəmiyyətini aydın göstərir. Buradakı təbii mağaralar, qayaüstü təsvirlər, çöp işarəli türk əlifbası nümunələri, müxtəlif dini mərhələlərin izlərini daşıyan abidələr Kəlbəcərin təkcə bir coğrafi məkan deyil, həm də sivilizasiyaların qovuşduğu tarixi bir zirvə olduğunu təsdiqləyir. Bu uca dağların qoynunda yaşayan xalqımız əsrlər boyu öz mədəniyyətini qoruyub, bölgənin sərt təbiətində həyatını davam etdirib, bu torpağı özünün ayrılmaz yurdu kimi yaşadıb."        

Millət vəkili qeyd edib ki, keçən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Kəlbəcərin də taleyinə ağır bir zərbə vurdu: "1993-cü ildə rayonun işğalı minlərlə ailənin doğma yurdlarından didərgin düşməsinə, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb oldu. Kəlbəcər kimi təbii sərvətlərlə zəngin bir bölgə tamamilə talan edildi, tarixi abidələr, məktəblər, kitabxanalar, mədəniyyət evləri və müəssisələr vəhşicəsinə dağıdıldı. Beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsini yerinə yetirmədi. İşğal illərində Kəlbəcər bölgəsinin həm insani, həm mədəni, həm də iqtisadi potensialına ağır zərbə vuruldu. Bu illər Azərbaycan xalqının yaddaşına həm də ədalətsizliyə qarşı mübarizənin, dözümün və səbirli gözləntinin simvolu kimi həkk olundu. 2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ilk günlərdən etibarən Kəlbəcər istiqamətində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan ordusunun hərəkət imkanlarını demək olar ki, tam məhdudlaşdırdı. Bu, ümumi qələbənin əsas şərtlərindən biri idi və nəticədə 10 noyabr Bəyanatı ilə Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi rəsmən təsis olunması isə bu tarixi qayıdışın rəmzinə çevrildi. Bu gün Kəlbəcər öz dirçəliş dövrünü yaşayır. Şəhərsalma layihələri, yeni yaşayış məhəllələri, kəndlərin bərpası, su elektrik stansiyalarının qurulması, müasir avtomobil yollarının çəkilməsi bölgəni qısa zamanda yenidən həyat dolu bir məkana çevirir. Yeni Kəlbəcər təkcə bir rayonun yox, bütöv Azərbaycanın gücünün, iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. Bu dirçəlişin arxasında güclü siyasi iradə, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi strateji inkişaf xətti və xalqımızın sarsılmaz birliyi dayanır".

Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama like
  • 25 Noy 10:50  
Digərləri Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama

Vergi Məcəlləsinə ediləcək növbəti dəyişikliklər paketi Milli Məclis

arrow Ətraflı
Benzin və dizel ilə bağlı vergilərin artırılmasının məqsədi açıqlandı like
  • 25 Noy 10:48  
Digərləri Benzin və dizel ilə bağlı vergilərin artırılmasının məqsədi açıqlandı

Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin m

arrow Ətraflı
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarıldı like
  • 25 Noy 10:46  
Digərləri Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarıldı

Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.

arrow Ətraflı
14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə like
  • 25 Noy 10:45  
Kriminal 14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə

Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərmi

arrow Ətraflı
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş TOP500 reytinqi açıqlanıb like
  • 25 Noy 10:35  
Digərləri Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş TOP500 reytinqi açıqlanıb

Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500

arrow Ətraflı
Taksilərlə bağlı narazılıqlar bitmir  Qaynar xəttə zəng edin like
  • 25 Noy 10:30  
Digərləri Taksilərlə bağlı narazılıqlar bitmir Qaynar xəttə zəng edin

Bəzən taksi sifariş edərkən sürücünün istəyi ilə məbləğlə tətbiq

arrow Ətraflı
İran sərgidə insanları robot kimi təqdim etdi  VİDEO like
  • 25 Noy 10:22  
Dünya İran sərgidə insanları robot kimi təqdim etdi VİDEO

İranın Kiş şəhərində keçirilən "Kiş İnox" sərgisindən pay

arrow Ətraflı
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq like
  • 25 Noy 10:21  
Digərləri Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq

Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.

arrow Ətraflı
"Manato" vətəndaşlara hədəqorxu gəlir: "Cinayət işi açılacaq"  FOTO like
  • 25 Noy 10:15  
Digərləri "Manato" vətəndaşlara hədəqorxu gəlir: "Cinayət işi açılacaq" FOTO

"Manato" bank olmayan kredit təşkilatı vətəndaşlarıı hədələ

arrow Ətraflı
Erməni təmsilçiyə ən yüksək xalı verməsinə aydınlıq gətirdi like
  • 25 Noy 10:14  
Şou-biznes Erməni təmsilçiyə ən yüksək xalı verməsinə aydınlıq gətirdi

Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçi

arrow Ətraflı
Mozart və Şopeni səhv salan Aynişan paylaşımını SİLDİ like
  • 25 Noy 10:10  
Şou-biznes Mozart və Şopeni səhv salan Aynişan paylaşımını SİLDİ

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva sosial

arrow Ətraflı
Azərbaycanlı fenomen ifası ilə məşhur pianoçunu VALEH ETDİ like
  • 25 Noy 10:05  
Digərləri Azərbaycanlı fenomen ifası ilə məşhur pianoçunu VALEH ETDİ

Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) Bakıda çəkilmiş mar

arrow Ətraflı
16 yaşlı Hüseyn mühafizəçini belə bıçaqlayıb like
  • 25 Noy 10:00  
Digərləri 16 yaşlı Hüseyn mühafizəçini belə bıçaqlayıb

16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşə

arrow Ətraflı
Tutub gətirənə 50 milyon dollar verəcək like
  • 25 Noy 09:50  
Dünya Tutub gətirənə 50 milyon dollar verəcək

ABŞ Venesuela ilə münasibətləri daha da kəskinləşdirəcək yeni addım a

arrow Ətraflı