Benzin və dizel ilə bağlı vergilərin artırılmasının məqsədi açıqlandı
Digərləri 25 Noy 2025 10:48:00 76 0
Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir. Bu dəfə təqdim olunan paketdə əməkhaqqı gəlirləri üzrə yeni vergi mexanizminin tətbiqi, elektro və hibrid avtomobillərinin ƏDV-yə cəlb olunması, neft və qaz hasilatına sabit mədən vergisinin gətirilməsi, eləcə də benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması diqqət çəkən əsas istiqamətlərdəndir.
Bu xəbəri də oxu: Goranboyda daha bir bina çökə bilər
Yeni dəyişikliklər paketi, eyni zamanda, vergi yükünün optimallaşdırılması, rəqəmsal inzibatçılığın genişləndirilməsi, investisiya fəaliyyətinin stimullaşdırılması və fiskal dayanıqlığın gücləndirilməsi kimi hədəfləri özündə birləşdirir. Dəyişikliklər paketi biznes mühiti, ekspertlərlə yanaşı geniş ictimaiyyətin də diqqət mərkəzindədir.
Bu dəyişikliklərin iqtisadi əsaslarını, gözlənilən təsirlərini və sahibkarlıq mühitinə gətirəcəyi yenilikləri aydınlaşdırmaq məqsədilə "APA-Economics" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovdan müsahibə alıb.
Son.az həmin müsahibədən bir hissəni təqdim edir:
- Gələn ildən neft və qaz hasilatına sabit mədən vergisinin tətbiqi, eləcə də benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması nəzərdə tutulur. Bu dəyişikliklərin əsas iqtisadi arqumenti və məqsədi nədir?
- Neft-qaz məhsulları istisna olmaqla, digər malların ölkə daxilində istehsalına aksiz və mədən vergiləri onların dəyərinə yox, miqdarına əsasən müəyyən edilir. Bu zaman həmin malların qiyməti dövlət tərəfindən tənzimlənir ki, mədən vergisi maya dəyərinin, aksiz vergisi isə satış qiymətinin formalaşmasında rol oynayır.
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.
Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərmi
"Greenpeace" ekoloji təşkilatının yeni araşdırması "Shein&
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500
Bəzən taksi sifariş edərkən sürücünün istəyi ilə məbləğlə tətbiq
İranın Kiş şəhərində keçirilən "Kiş İnox" sərgisindən pay
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.
"Manato" bank olmayan kredit təşkilatı vətəndaşlarıı hədələ
Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçi
Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva sosial
Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) Bakıda çəkilmiş mar
16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşə
ABŞ Venesuela ilə münasibətləri daha da kəskinləşdirəcək yeni addım a
Bakıda özəl xəstəxanaların birində bədbəxt hadisə yaşanıb.
Bu gün səhər saatlarında İranda Xorasan-e Rəzəvi əyalətində sərnişin
