Yasamalda yaşlı qadını maşın vuraraq öldürüb


Sosial 16 Okt 2017 06:09:00 328 0

Yasamalda yaşlı qadını maşın vuraraq öldürüb

Yolu keçmək istəyən 65 yaşlı qadını minik avtomobili vurub

Bakının Yasamal rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində yolu keçmək istəyən 65 yaşlı qadını minik avtomobili vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Sürücü məsuliyyətə cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.